Yuxarı

Türkiyənin məşhur caz qrupu Bakıda - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyənin məşhur caz qrupu Bakıda - Foto

İyunun 7-də Beynəlxalq Muğam Mərkəzində caz layihəsi təqdim olunub. Tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və təqdimat müşavirliyi ilə yanaşı, Fransa və Belçikanın ölkəmizdəki səfirliklərinin dəstəyi ilə baş tutub.

Kult.az xəbər verir ki, Bakı sakinlərinə yay mövsümü ərəfəsində təqdim olunacaq beynəlxalq caz layihəsində Türkiyə, Fransa və Belçikanın dünyaca məşhur musiqiçiləri iştirak edəcəklər. Azərbaycanı isə istedadlı cazmen və bəstəkar Elçin Şirinov təmsil edəcək.

İlk olaraq “Önder Focan ve Şalliel Bros” qrupu konsert verib.

Qeyd edək ki, Türkiyənin məşhur caz ifaçısı, bəstəkar-aranjemançı Önder Focan 13 albom buraxıb. Tanınmış cazmen 90-dan artıq beynəlxalq festivalda həm münsiflər heyətinin üzvü, həm də ifaçı kimi iştirak edib. O, öz ətrafında istedadlı və cavan musiqiçiləri toplayaraq birgə “Funkbook” albomunu yazıb. Layihədə məşhur saksofonist qardaşlar Anıl və Batuhan Şallıel iştirak ediblər. Albom ilk olaraq Bakıda təqdim olunub.

Tarix
2017.06.07 / 21:03
Müəllif
Kult.az
Digər xəbərlər

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

Paşinyan Bişkekdə ABŞ senatoru ilə TRİPP-i müzakirə etdi

ŞƏT-ə sədrlik bu ölkəyə keçdi

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla