Yuxarı

Xan sarayında polyak və macar musiqiləri - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xan sarayında polyak və macar musiqiləri - Foto

Şəkidə uğurla davam edən “İpək Yolu” VIII Beynəlxalq Musiqi Festivalının ikinci günü polyak müğənnisi Ania Broda və Macarıstanın “Guessous Mesi Trio” qrupunun Şəki Xan Sarayının həyətində konsert proqramı ilə çıxış edib.

Axar.az xəbər verir ki, polyak müğənninin iştirakı ilə keçən konsertin birinci hissəsində festivalın təşkilatçı qurumlarının rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, musiqisevərlər iştirak ediblər.

Konsertin əvvəlində məlumat verilib ki, Ania Broda polyak musiqi səhnəsində nadir simalardan biridir. Etno, caz, xalq musiqisi və pop üslubunda ifa edən, eyni zamanda, uşaq musiqi əsərlərinin müəllifi olan Ania Broda səsinin dərin tonu, melodiyanın əsrarəngiz təsiri ilə dinləyicini valeh edir. O, eyni zamanda, “Vilensk sincləri” zərbli, simli musiqi alətlərində də ifa edir. 2011-ci ildən solo ifaçı kimi fəaliyyət göstərən Ania Broda 4 musiqi albomunun müəllifidir. Xalq ənənələrindən və müasir yaradıcılıqdan ilham alan polyak musiqiçi dəfələrlə xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq festivallarda iştirak edib. Ania Broda Polşanın Mədəniyyət və Milli İrs Nazirliyinin və Olştindəki Marşalkovski Aparatının təqaüdçüsüdür. Polşa musiqi mədəniyyətinin təbliğinə görə o, 2016-cı ildə Olştin şəhərinin prezident mükafatına layiq görülüb.

Konsertin ikinci hissəsində tamaşaçılar “Guessous Mesi Trio” qrupunun çıxışını izləyiblər.

Qrupun macar və türk xalq mahnılarının qovuşmasından yaranan kompozisiyaları ifa etməsi barədə izləyicilərə məlumat verilib. Eyni zamanda, qrupun solisti Mesinin ifasında Mərakeş musiqi ənənələri də özünü göstərir. Mesi bu qrupla Macarıstanda, eləcə də İspaniya, ABŞ, Kanada, Türkiyə, Bəhreyn və digər xarici ölkələrdə konsertlər verib. Qrupun konsertləri Türkiyədə də çox sevilir. Ania Brodanın və “Guessous Mesi Trio” qrupunun ifa etdikləri ruh oxşayan musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda təşkilatçılar adından Ania Broda və macar musiqi qrupuna festivalın rəmzi simvolu təqdim olunub.

Xatırladaq ki, festivalın proqramına uyğun olaraq, iyunun 29-da musiqisevərlər günorta saatlarında Azərbaycan Televiziya və Radiosunun C. Cahangirov adına Xorunun, axşam saatlarında isə İran İslam Respublikasından gəlmiş “Təbriz” rəqs qrupunun konsertlərini izləyəcəklər.

Tarix
2017.06.29 / 00:52
Müəllif
Kult.az
Digər xəbərlər

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla