Yuxarı

Ermənilər azərbaycanlı müğənniyə toy tutdu - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər azərbaycanlı müğənniyə toy tutdu - Video

Gənc azərbaycanlı müğənni Nadia Mikayıl Dağıstan Respublikasının Dərbənd şəhərindəki çıxışından sonra Mahaçqala şəhərinə ermənilərin toyuna dəvət alıb.

Kult.az xəbər verir ki, dəvətin əsas səbəbi isə ifaçının yeni “Dumdarum” adlı mahnısının həddindən artıq bəyənilməsidir.

Müğənninin sözlərinə görə, o, bu təklifdən imtina etsə də, xoşagəlməz vəziyyətlə üz-üzə gəldi.

- Mənimlə əlaqə saxlayaraq, məclislərinə gəlməyimi xahiş etdilər. Suallarıma cavab olaraq bildirildi ki, Mahaçqala şəhərində baş tutacaq toyun sahibləri ermənilərdir. Mən isə mədəni şəkildə rədd cavabı verdim və məni bir daha narahat etməmələrini xahiş etdim. Bundan sonra müxtəlif nömrələrdən qeyri-adekvat insanlar mənə mütəmadi olaraq zənglər etməyə başladılar. Buna görə nömrəmi dəyişməyə məcbur oldum, - deyə Nadia Mikayıl qeyd edib.

Qeyd edək ki, Nadia Mikayıl xüsusən Dağıstanda məşhur olan azərbaycan əsilli gənc müğənnidir. O, qeyri-adi mahnıları və obrazları ilə yadda qalıb. Azərbaycanda isə Nadia “Cənab leytenant” və Elvin Babazadə ilə birlikdə səsləndirdikləri “Rak tak tak” mahnıları ilə tanınır.

Sizə Nadia Mikayılın yeni sinqlını təqdim edirik:

Tarix
2017.06.29 / 21:19
Müəllif
Kult.az
Digər xəbərlər

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

Azərbaycanın Ukraynaya yardımına AB-dən reaksiya

Əliyev, Putin və Paşinyan qapalı görüş keçirib?

Prezidentin Türkmənistana səfəri ilə bağlı paylaşım - Video

Paşinyan müharibə vaxtı bundan şoka düşmüşdü - Video

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla