Yuxarı

"Qəbələ festivalında iştirak artıq arzuya çevrilib"

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ festivalında iştirak artıq arzuya çevrilib"

Qəbələ Beynəlxalq Musiqi Festivalının böyük potensialı var. Hətta deyərdim ki, gözəl təbiət qoynunda ənənəvi olaraq keçirilən bu festivalı parlaq gələcək gözləyir. Festivalın təməli yaxşı qoyulub, indi isə onu inkişaf etdirmək lazımdır. Özünüz də, görürsünüz ki, ötən 9 ildə böyük uğurlar əldə olunub.

Azərtac xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində IX Qəbələ Beynəlxalq Musiqi Festivalının bədii rəhbərlərindən biri, “Kiyev virtouzları” Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, dünya şöhrətli violonçel ifaçısı Dmitri Yablonski deyib. Qəbələ Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan D.Yablonski belə bir musiqi bayramının təşkilinə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Onun sözlərinə görə, Qəbələ festivalı artıq dünyada tanınır və qəbul olunur: “Bu musiqi tədbirində iştirak etmək bir çox musiqiçilərin arzusuna çevrilib və onlar dəvət gözləyirlər. Dünyanın tanınmış musiqiçiləri, solistləri Qəbələ səhnəsində konsert verirlər. Bu, böyük uğurdur. Təbii ki, həmin əcnəbi musiqiçilər öz ölkələrinə qayıdanda Azərbaycan barədə, Qəbələ haqqında danışırlar. Bu da Azərbaycanın dünyada daha da tanınmasına kömək edir”.

Tarix
2017.07.31 / 16:03
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanla sərhəddə partlayış... – Xəbərdarlıq edildi

ŞƏT sammiti: 30-dan çox sənəd imzalandı

İlham Əliyev Pelleqrinini təbrik etdi

İlham Əliyev “Irıs Ordo” Konqres Mərkəzində... - Foto

İlham Əliyev Narenda Modi ilə görüşdü - Foto

Ceyhun Bayramov Bişkekdə Arakçı ilə görüşdü

İlham Əliyev Bişkekdə Ərdoğanla görüşdü - Foto

Prezidentin ŞƏT+ formatında görüşdə çıxışı gözlənilir

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - Canlı

Hikmət Hacıyev Alen Simonyanla görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla