Yuxarı

Festival başladı: britaniyalı məşhur Bakıda

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Festival başladı: britaniyalı məşhur Bakıda

Bakıda “Electra Events Hall”da Beynəlxalq Caz Festivalının açılışı münasibətilə tanınmış Britaniya soul-ifaçısı və bəstəkar Omar Lye-Fukun konserti olub.

Kult.az xəbər verir ki, müxtəlif müsabiqə və festivalların iştirakçısı olan Omar Lye-Fuku ifası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. İfaçını caz janrının Britaniya neo-soul istiqamətinin “atası” adlandırırlar.

Qeyd edək ki, oktyabrın 28-dək davam edəcək festival Mədəniyyət Nazirliyi və “Caz dünyası” jurnalının təşkilati dəstəyi ilə keçirilir.

Festival çərçivəsində oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində hazırda xaricdə yaşayan məşhur bakılılar – populyar pianoçu Leonid Ptaşka və virtuoz gitaraçı Həsən Bağırov çıxış edəcək. “Rotunda Jazz Club (Landmark)” səhnəsində 14 ölkədən gəlmiş qruplar cazın müxtəlif janrlarında öz ustalıqlarını nümayiş etdirəcəklər: Əfqan Rəsul, Elvin Bəşirov, Nurlan Abdullazadə (Azərbaycan), Laura Poldvere (Estoniya), Jan-Kristof Şoletin triosu (Fransa), “Music, music, music” qrupu (İsveç), Uv Steinmetz (Almaniya), Can Cankaya və Kaqan Yıldız (Türkiyə), Martin Saleminin triosu (Belçika), Xelqe Leinin triosu (Norveç), “Kodaly Spicy Jazz” qrupu (Macarıstan), Mişel Pippokuino (Braziliya), Ruben Xainin triosu (Hollandiya), Qreqori Maret – Kristi Daşel qrupu (ABŞ), habelə Norveç caz orkestri açıq məkanda çıxış edəcək. Axşam konsertlərindən sonra adlı-sanlı cazmenlərin və gənc ifaçıların iştirakı ilə cem-seyşnlər təşkil olunacaq.

Ənənəvi olaraq gənc caz ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, rəssam Cəmalə Rəhmanlının “Azərbaycan caz qüllələri” sərgisi, kino tənqidçisi Ülvi Mehdinin “Caz janrının klassikası” təqdimatı olacaq və kinoprokat yenilikləri barədə məlumat veriləcək.

Tarix
2018.10.15 / 00:21
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

Əliyev-Paşinyan görüşü: ABŞ-a mesaj verildi

Əliyev Lukaşenko ilə görüşdü

Əliyevdən Pezeşkiana: Azərbaycan suyundan iç - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

Əliyev, Ərdoğan, Mirziyayev və Pezeşkian bir araya gəldi - Foto

Britaniyada hər gün 33 nəfər sosial şəbəkə fəalı həbs edilir

İlham Əliyev Tokayevlə görüşdü - Foto

Bakı üçün ŞƏT-in iki strateji önəmi...

Azərbaycanın ŞƏT-də rolu: Təsir mexanizmləri…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla