Yuxarı

15 yaşlı reper: Treklərim buna görə silindi – Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az son günlər “Cheap Vumens” (“Ucuz qadınlar”) repi ilə məşhurlaşan gənc repçi Dee Zeedlə - Domrul Zamanlı ilə müsahibəni təqdim edir:

- Domrul, neçənci sinifdə oxuyursan? Nə vaxtdan replə məşğulsan? Repə marağın necə yarandı?

- 8-ci sinifdəyəm. İki ildir ki, replə məşğulam. İlk repimi 2018-ci ildə yazmışam. Repə marağım uşaqlıqdan yaranıb. Küçədə, məhəllədə böyüklər dinləyəndə eşidirdim. Hələ onda 9-10 yaşım olardı. Sonra özüm qulaq asmağa başladım. Fikirləşdim ki, özüm də bunu bacararam. Bilirsiniz, rep küçə musiqisidir. Heç bir məktəbi yoxdur. Hip-hopun bir növüdür.

- Bəs “Dee Zeed”in anlamı nədir?

- Adım Domruldur, soyadım Zamanlı... “Di” və “Zed” də ad-soyadıma uyğunlaşdırılmış təxəllüsdür.

- Bir az da “Ulduzumsan.az”dakı repindən danışaq. Mövzusu nədir?

- “Ucuz qadınlar” repin trap növündədir. Burada əsasən musiqiyə üstünlük verilir. Sözlərə, onların mənasına fikir verilmir. Öz həyatından, yaşadıqlarından yazırsan. Bu trapı də orada bəyənib, paylaşıblar.

- Bir az da gələcək planlarından danışaq... Peşəkar fəaliyyət, karyera haqqında düşünürsənmi?

- Əlbəttə. Gələcəkdə Azərbaycanda repin trap növünü inkişaf etdirmək istəyirəm. Bizdə repin bu növü o qədər də populyar deyil. Bunun də səbəbi var. Çünki bizdə traplara çox da üstünlük verilmir. Əsasən Türkiyədə, Amerikada üstünlük verilir, yəni orada daha çox məşhurdur. Əsas məqsədim burada trapın inkişafıdır. Uğurlarımı isə zaman göstərəcək.

- İndiyə qədər hansı uğurların olub?

- Daha çox sosial şəbəkələrdə 5-10 min insanın baxdığı treklərim olub. Bunu uğur saymaq olar. Sadəcə olaraq həmin treklərin bir çoxu müəllif hüquqlarına görə silinib. Çünki istifadə etdiyim musiqilər şirkətə bağlı olub. Ona görə də siliblər.

- Təklif gəlsə, qruplarla işləyəcəksənmi?

- Əlbəttə, belə təklif gəlsə, sevə-sevə qoşularam.

- İndi üzərində işlədiyin hər hansı bir layihə varmı?

- Bəli, var. Bir klip üzərində işləyirəm. İki aya hazır olacaq.

- Domrul, millətçi bir ailədə dünyaya göz açmısınız. Atanız jurnalist Məhəmməd Ərsoydur. Gələcəkdə sizin ifanızda türkçülük ruhunda replər eşidəcəyikmi?

- Əlbəttə, olacaq. Bu istiqamətdə layihələrim olacaq.

- Ailədə kimlər dəstəkləyir səni?

- Bütün ailəm dəstəkləyir, sağ olsunlar. Hamısı arxamdadır.

- Bəs məktəbdə?

- Bizim məktəbdə musiqi dinləyən, repə üstünlük verən azdır. Amma məktəbdə tanınan, diqqət görən şagirdəm.

Tarix
2020.08.13 / 16:20
Müəllif
Tural Turan
Şərhlər
Digər xəbərlər

Bakı-Tiflis əməkdaşlığı yeni sahələri əhatə edəcək

İrəvandan anklavlarla bağlı açıqlama: Sərhəd boyu...

Güneylilər Cenevrədə aksiya keçirdi

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla