Yuxarı

Gürcü qrupundan Bakıya sevgi mesajı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcü qrupundan Bakıya sevgi mesajı - Video

Rusiyada fəaliyyət göstərən dünyaca məşhur “Bravo Metehi” qrupu “Ayrılıq” mahnısını ifa edib.

Kult.az xəbər verir ki, bu barədə R.Behbudovun kürəkəni Kamil Şahverdi məlumat yayıb.

O, sənətkarın mahnısını özlərinə xas şəkildə ifa etdiklərinə görə gürcü ifaçılara təşəkkür edib.

Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdi xatırladıb ki, əsər 1828-ci ildə Rusiya və İran arasında ikiyə bölünmüş Azərbaycana həsr olunub və sənətkarın populyarlığının ən pik zamanında - 1961-ci ildə Moskvada vala yazdırdığı mahnı geniş yayılmağa başlayır:

“Bunu görən Moskva və Tehran ideoloqları həyəcan təbili çalır, Azərbaycan xalqının həsrət simvolu olan əsər bütün radio efirlərindən yığışdırılır. 1980-ci illərin sonlarında “Ayrılıq” mahnısı yenidən gündəmə gəlir. Lakin Rəşid Behbudovun ifasını tapmaq mümkün olmur. 1997-ci ildə biz Rəşid Behbudovun ifasını Türkiyə arxivlərində əldə edə bildik və “Ayrılıq” mahnısının ilk versiyasını Azərbaycana və bütün dünyaya hədiyyə etdik”.

“Bravo Metehi” qrupu ifadan əvvəl Azərbaycana sevgi mesajı göndərib:

“Bu, hər zaman etibar ediləcək bir dostdur. Bu, bizim uğurumuza sevinən bir ölkədir. Bu, bütün gürcülərin fəxr etdiyi dostluqdur. Bizim sevimli Azərbaycan, bu möhtəşəm mahnı gürcü bacı və qardaşlarınız tərəfindən sizin üçün səslənir”.

Qeyd edək ki, “Bravo Metehi” qrupu 2004-cü ildə Gürcüstanda yaradılıb. Qrupun tərkibi 8 musiqiçidən ibarətdir: Georgi Ruxadze (solist və bəstəkar), Zurab Kavteladze (solist), Ramaz Daqundaridze (solist), Bondo Qumberidze (birinci səs), Mixail Meladze (ikinci səs), Nodar Xeladze (üçüncü səs, aranjeman müəllifi), İoseb Kakuşadze (dördüncü səs), İrakli Jorjoliani (piano). “Metehi” qrupu Gürcüstanda çox məşhurdur. 2014-cü ildə ilk albomları işıq üzü görüb.

Sözügedən ifanı təqdim edirik:

Tarix
2020.09.07 / 13:36
Müəllif
Xədicə, Tural
Digər xəbərlər

Prezident Karla Kanqaluya məktub ünvanladı

İlham Əliyev Japarovu təbrik etdi

İlham Əliyev Şimali Kipr prezidentinə başsağlığı verdi

Zakir Həsənov Türkiyədə səfərdədir

Moskvaya gedən avtobus qəzaya düşdü: 50 azərbaycanlı...

XİN Türkiyəni təbrik etdi

Tramp iki ölkəni hədələdi - Sərt cavablar gəldi...

Güney azərbaycanlı fəallar məhkəməyə çağırıldı - Səbəb

Azərbaycandakı yəhudi dini icmaları birgə açıqlama yaydı

Avropanın iki paytaxtında Bakıya qarşı hazırlıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla