Yuxarı

Tanınmış politoloqun oğlu Avropada tarix yazdı - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pianoçu Toğrul Hüseynli Almaniyada keçirilən pianoçuların XVI Motsart Beynəlxalq Müsabiqəsinin qalibi olub.

Kult.az xəbər verir ki, 8-11 sentyabr tarixində dünyaca məşhur pianoçu-professorlar Vilçenzo Balzani (İtaliya), Andreas Frölih (Almaniya), Paulo Baqlieri (İtaliya), Katya Andeyeva (Rusiya-İsveç) və Volfram Şmit-Leonardinin (Almaniya) münsifliyi ilə baş tutan müsabiqənin ilk 2 mərhələsi Aaxen Konservatoriyasında, final mərhələsi isə Aaxen şəhərinin məşhur “Bal” zalında keçirilib.

Müsabiqə mövcud pandemiya şərtlərinin yumşaldılmasından sonra ənənəvi qaydada keçirilən ilk müsabiqə sayılır. Dünyanın 13 ölkəsindən - İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Çin, Cənubi Koreya, Tayvan, Rumıniya, Ukrayna, Rusiya, Serbiya, Polşa və Azərbaycandan 30 iştirakçının qatıldığı müsabiqə mürəkkəb proqram şərtləri və üçmərhələli olması ilə yalnız ən istedadlı pianoçuların mübarizə apara biləcəyi bir müsabiqədir.

Birinci mərhələdən ikinci mərhələyə 30 iştirakçıdan yalnız 8 pianoçu keçə bilib. Gərgin mübarizə ikinci mərhələdə də davam edib. Belə ki, bu mərhələdə 40 dəqiqəlik proqramla çıxış edən həmyerlimiz Toğrul Hüseynli ifa etdiyi R.Şumanın “Simfonik etüdlər” op. 13 silsiləsi və L.V.Bethovenin C dur op. 53 “Avrora” Sonatası ilə bütün münsiflər heyətini məst edib. Müsabiqənin final mərhələsinə yalnız 3 iştirakçı - Toğrul Hüseynli, Ukrayna və Çinin pianoçuları keçə bilib.

Finalda Toğrul Hüsenli V.A.Motsartın KV310 a moll və S.Prokofyevin 7 saylı op. 83 Sonatasını yüksək səviyyədə ifa edərək digər iki həmkarını geridə qoyub. Birinci dərəcəli mükafat yalnız Toğrul Hüseynliyə təqdim edilib.

Qeyd edək ki, Toğrul Hüseynli Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynlinin oğludur və dəfələrlə İspaniya, Almaniya, Ukrayna, Azərbaycan və dünyanın digər ölkələrində keçirilmiş nüfuzlu beynəlxalq müsabiqələrin qalibi və laureatı olub.

Azərbaycanımızın adını iştirak etdiyi beynəlxalq müsabiqələrdə, festivallarda, konsertlərdə yüksək zirvələrə qaldıran istedadlı pianoçumuzu ürəkdən təbrik edir və yeni yaradıcılıq zirvələri diləyirik.

Tarix
2020.09.12 / 20:56
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Əliyevlə Paşinyanın görüşü başladı - Video

Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı

Əbu-Dabidə tarixi görüş: Sülh üçün əsas düyün nöqtəsi...

Elşən İbrahimov Rusiyanı belə tərk elədi - Video

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

İlham Əliyev BƏƏ prezidentinə hədiyyə təqdim etdi - Foto

Elşən İbrahimov Rusiyadan deportasiya olunur

Baş nazir mühüm qərar imzaladı

DSX mayoruna hücum: Ramal Aslanov ifadə verdi

Azərbaycanla BƏƏ hərtərəfli tərəfdaşlıq sazişi imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla