Yuxarı

Hacıbəyovun doğum günü: BMTM-də açıq qapı günü - Foto

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi bəstəkar Üzeyir Hacıbəyovun vaxtilə iş otağının yerləşdiyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin inzibati binasında bəstəkarın doğum günü və Milli Musiqi Günü ilə əlaqədar açıq qapı günü keçirilir.

Kult.az xəbər verir ki, məqsəd Azərbaycan musiqisinin məbədi olan Şuşa şəhərinin işğalına, Ermənistanın Azərbaycan torpaqlarına qarşı təcavüzünün davam etməsinə diqqət çəkməklə yanaşı belə bir otağın varlığı barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır.

Əvvəlcə xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə açılış mərasimi təşkil olunub. BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-in hazırda fəaliyyət göstərdiyi binada ilk olaraq Bakı Musiqi Akademiyasının fəaliyyət göstərdiyini deyib və bir çox Bakı sakinlərinin Üzeyir Hacıbəyovun bu otaqda fəaliyyət göstərdiyindən xəbərsiz olduğunu bildirib:

Daha sonra çıxış edən Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyev BMTM-ə belə bir tədbirin təşkilinə görə təşəkkür edib və bildirib ki, Üzeyir Hacıbəyov öz əsərləri ilə Azərbaycanı dünya çapından tanıdan şəxsiyyətdir.

Mərasimdə həmçinin Mədəniyyət Nazirliyinin nümayəndəsi qatılıb.

Bu gün 12:00-dan 17:00-a kimi şəhər sakinlər iş otağına baxış imkanına malik olacaqlar. Otağa baxış xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə həyata keçiriləcək.

Qeyd edək ki, BMTM bir zamanlar Bakı Musiqi Akademiyasının, Asəf Zeynallı adına Musiqi Kollecinin yerləşdiyi binada fəaliyyət göstərir. Tarixi bina 1885-ci ildə tikilib. Bir müddət Üzeyir Hacıbəyovun bu binada iş otağı yerləşib. Təxminən 10 il əvvəl uzun müddət boş olan iş otağı Üzeyir Hacıbəyovun ev muzeyindəki iş otağına bənzər şəkildə tərtib olunub.

Tarix
2020.09.18 / 15:35
Müəllif
Kult.az
Digər xəbərlər

Səfərov və Lalayev apellyasiya şikayəti verdi

Ekstrasensdən sevindirici proqnoz: 2027-ci ildə…

Bakı böyük oyuna girdi: Ərdoğan, Əliyev və Nikol birgə...

Azərbaycanla dostlaşmağın yolu... - Rusiyalı senator

Bakı-Moskva münasibətlərini bu ölkə korladı – Özər

Əliyev və Paşinyan Dubayda görüşə bilər

Qırğızıstan prezidenti Moskvadan Azərbaycana yola düşdü

Bu yer atam tərəfindən ayrılıb - İlham Əliyev

Mirziyayev Əliyevi təbrik etdi: Böyük futbola bir addım... - Video

İlham Əliyev özbək həmkarı ilə görüşdən paylaşım etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla