Yuxarı

Behbudov 1961-də gizli şəkildə İstanbul otelində... - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dahi Rəşidin səsiylə deyilən bu iki kəlmə Türkiyə və Azərbaycan qardaşlığının təsadüfi bir hiss olmadığına daha bir sübutdur. Bu iki kəlmə uzaq SSRİ dövründə İstanbulda nəğməyə çevrilərək indiyə qədər yaddaşlarda qala bilib.

Türkü düşmən obrazında təqdim edən SSRİ ideologiyasının ən təhlükəli dönəmində Rəşid Behbudovun Türkiyəyə səfəri zamanı KQB senzurasından keçən mahnıları arasında “Dostluq mahnısı” yoxuydu. Və heç kim bilmirdi ki, belə bir mahnı qəflətən İstanbul səhnələrindən türk qardaşlaımıza ərmağan ediləcək. İndi rahat dediyimiz "qardaş" kəlməsini o dönəmlərdə milyonların qarşısında söyləmək intihara bərabər idi. Amma tarixdən süzülüb gələn qan yadaşımıza hopmuş Azərbaycan-Türkiyə qardaşlığının simvoluna çevrilən bu mahnı Rəşid Behbudov dahiliyinin və cəsarətinin simvoluna çevrildi.

Bəli, “Dostluq mahnısı” ilk dəfə 1961-ci ildə Rəşid Behbudovun Türkiyəyə səfəri çərçivəsində İstanbul səhnəsində səsləndi. İlk dəfə rəsmi və açıq şəkildə Rəşid Behbudov SSRİ KQB-sindən qorxmadan Türkiyə millətinə qardaş, dost dedi. Nümayəndə heyətinin xəbəri olmadan oteldə gecəykən yazılan “Dostluq mahnısı” 60-ci illərdə Türkiyədə və Azərbaycanda dillər əzbərinə çevrilərək, qardaşlıq, dostluq himni oldu. Düzdür sonradan Rəşid Behbudov bu əməlinə görə sovet ideologiyasının qılıncına çevrilmiş KQB kabinetlərində çox suallara cavab verməli oldu. Amma bir faktı gizlədə bilmədilər. Rəşid Behbudov hələ 60-ci illərdə SSRİ ideologiyasının iki millətə böldüyü türk və azərbaycanlını bir millət olaraq təqdim etməyi bacardı. Təbii ki, Rəşid Behbudovun bu amal uğrunda savaşı, mübarizəsi mənfur düşmən olan rus şovinistlərinin, erməni daşnaklarının gözündən, zehnindən heç vaxt yaynmadı. Onlar uzun illər bu dahi müğənnidən qisas almağa çalışdılar. Planlar qurdular. İmkan axtardılar. Çox təssüf ki, buna nail ola bildilər. Artıq heç kimə sirr deyil ki, Rəşid Behbudovun ölümündə ermənilərin birbaşa iştirakı olubdur. Nəinki erməni, hətta o vaxtkı SSRİ rəhbərliyinin bu işdə onlara xeyir-duası da Rəşid Behbudovun öldürülməsində mühüm rol oynayıb.

Amma hələ keçən əsrin ortalarında uzaqgörənlik edən dahi Rəşidin səsi İstanbul səhnələrində “Dostluq mahnısı” ifa edibdir. Onun bu mahnısı İstanbuldan Altaya qədər yuxuya verilmiş türk toplusunu oyatmağa stimul verdi. Və bugünkü Azərbaycan-Türkiyə qardaşlılğı Rəşid Behbudov kimi ziyalıların arzularının çin olmasına bariz nümunədir.

Tarix
2020.11.05 / 13:05
Müəllif
Şöhrət Eldəniz
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla