Yuxarı

Gənc azərbaycanlı pianoçu Vyanada konsert verdi

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gənc azərbaycanlı pianoçu Vyanada konsert verdi

Vyananın “Ehrbar” konsert salonunda gənc azərbaycanlı pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə konsert proqramı ilə çıxış edib.

Kult.az xəbər verir ki, Avstriyada fəaliyyət göstərən “Culture Meeting Point” mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə gənc pianoçu bəstəkarlar Fridrix Şopen, Modest Musorqski, Mauris Ravel, Erik Sati və özünün bəstələdiyi əsərləri ifa edib. A.Manafzadə hər ifadan öncə tamaşaçılara bəstəkar və əsər, eləcə də əsərin xarakterik xüsusiyyətləri barədə məlumat verib. Konsertdə M.Musoqskinin “Bir sərginin rəsmləri” əsəri və A.Manafzadənin “Xocalıya” kompozisiyası böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Culture Meeting Point” təşkilatının keçirdiyi “Xalis klassika” adlı silsilə konsertlər gənc istedadlı musiqiçiləri üzə çıxarmaq və geniş auditoriyaya tanıtmaq məqsədi daşıyır.

Tarix
2022.12.22 / 00:42
Müəllif
Kult.az
Digər xəbərlər

Szinpin buna görə Putini şəxsən qarşılamadı

Bu, ölkəmizin Avropa üçün önəmini təsdiqləyir

Prezident Oman Sultanını təbrik etdi

İlham Əliyev latviyalı həmkarını təbrik etdi

Bakı ilə İrəvan arasındakı sülh prosesi... – Gülər

Vadeful Bakıdan İrəvana uçdu

Türkiyə ilə Azərbaycan arasında münasibətlər... - Nazir

Bayramovdan TRİPP açıqlaması: Bakı ilə razılaşdırılmalıdır!

Hər şeyi edəcəyik ki, sülh müqaviləsi imzalansın...

Ermənistanla normallaşma prosesi... - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla