Yuxarı

Araz Elsəs Bakıda konsert verə bilər

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Elsəs Bakıda konsert verə bilər

Tanınmış güney azərbaycanlı ozan Araz Elsəs Bakıda konsert verməyi planlaşdırır.

Kult.az xəbər verir ki, Elsəs bu haqda Musavat.com-a bildirib.

O qeyd edib ki, ölkəmizə səfərində dik duruşlu, müzəffər Azərbaycan, qalib bir millət görüb:

"Bu, məni çox sevindirdi. Xüsusilə mediada, dövlət qurumlarında Güney Azərbaycana olan münasibət dəyişib. Onların Güneyə olan isti münasibəti məni çox sevindirdi. Bir daha inandım ki, bu millətin birliyinə çox az qalıb. Nə yaxşı ki, bayrağımız Şuşada dalğalanır. İnanıram ki, gün gələcək üçrəngli bayrağımız Arazın güneyində, yurdumuzun qarış-qarışında da dalğalanacaq. Azərbaycanın bütövlüyünə çox qalmayıb deyə düşünürəm. Azərbaycanı gördükdən sonra buna bir daha inandım.

Araz axdığı kimi, mən də axmağa çalışıram. Ara-sıra dəli-dəli, ara-sıra sakit-sakit. Yeni mahnılar var. Klip çəkilişi olacaq, onlarla məşğulam. Ola bilsin ki, yaxın müddətdə Bakıda bir konsert verim. Amma dəqiqləşməyənə qədər detalları açıqlamaq istəmirəm".

Tarix
2023.01.16 / 23:50
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev yeni təhlükəsizlik arxitekturası qurdu: İnqilabi proses

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla