Yuxarı

"Bu, görməyə alışdığınız Lalə deyil..."

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bu, görməyə alışdığınız Lalə deyil..."

Hamınızın fikrinə hörmətlə yanaşıram.

Axar.az xəbər verir ki, bu sözləri əməkdar artist Lalə Məmmədova rəsmi İnstaqram səhifəsində yazıb. Müğənni sosial şəbəkədə yazılan şərhlərə görə pərəstişkarlarına etirazını bildirib:

"Dünəndən bəri sizinlə bölüşdüyüm 3 şəklə yazdığınız şərhləri oxudum. Bəziləriniz ürəkdən təəssüf hissi ilə, bəziləriniz sanki çoxdan bəri ürəyində yığılıb qalan antipatiyasını izah etmək üçün bir məqam axtarırmış kimi, bəziləriniz də etik normaları aşaraq fikirlərinizi yazmısınız. Hamınızın fikrinə hörmətlə yanaşıram. Ancaq təəssüf ki, bir məqama diqqət yetirməmisiniz. Mən həm müğənni, həm aktrisayam.

Bu şəkillər retro stili, yəni 19-cu əsrin sonları, 20-ci əsrin əvvələrini əks etdirir. Bu şəkillər iş prosesi zamanı çəkilib. Sizin hər zaman görməyə alışdığınız Lalə deyil. Bu obrazdır. Yalnız şəkillərdə və səhnədə qalacaq obraz. Bir az diqqətli və anlayışlı olun. Hər biriniz mənim üçün dəyərlisiniz".

Tarix
2016.01.03 / 13:31
Müəllif
Dilarə Zamanova
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla