Yuxarı

Şəhid övladlarından Ali Baş Komandana səmimi dəstək

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid övladlarından Ali Baş Komandana səmimi dəstək

Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin övladları İlham Əliyev öz dəstəklərini hazırladıqları musiqi parçası ilə ifadə ediblər.

Şəhid övladları “Şuşam” xorunun solistləri ilə birgə ötən prezident seçkilərində sözləri Cəlal Qurbanova, musiqisi Eldar Mansurova aid prezidentliyə namizəd İlham Əliyevə həsr olunmuş “Səninlədir yolumuz!” mahnısını Tural Məmmədlinin yeni oranjemanında səsləndiriblər.

Mahnı izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Fire Land Group"un rəhbəri Cəlal Qurbanov sosial şəbəkə hesabında ifanın ərsəyə gəlməsində “Şuşam” xorunun bədii rəhbəri və dirijoru əməkdar müəllim Təranə Yusifovaya, "Fire Land Group"un və Şahdağ Resortun əməkdaşlarına təşəkkür edib və Azərbaycan xalqının bu seçkilərdə də öz doğru və layiqli seçimini edəcəyinə əmin olduğunu bildirib:

"Cənab İlham Əliyev xalqının hər bir vətəndaşına, ilk növbədə isə şəhid ailələrinə daim diqqət, qayğı və sevgisi ilə seçilib. Şəhid ailələri, şəhid balaları bu sevgini üzərilərində daim hiss ediblər. Elə bu ifada da həmin sevgini hiss etməmək mümkün deyil. Allah böyük Zəfəri bizə bəxş etdiyinə görə qəhrəman şəhidlərimizə rəhmət etsin və xalqımızı bu Qələbəyə addım-addım yaxınlaşdıran, məcburi köçkünlərimizin 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin yolu daim açıq olsun!"

Tarix
2024.01.25 / 09:55
Müəllif
Kult.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla