Yuxarı

Barakattın Bakıda konserti oldu

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
Barakattın Bakıda konserti oldu

Fevralın 10-da Heydər Əliyev Mərkəzində Stiv Barakattın “Neoreallıq” dünya turu çərçivəsində konserti keçirilib.

Kult.az xəbər verir ki, onun Bakı konserti iki hissədən ibarət olub. Proqrama Barakattın son albomundan, eləcə də əvvəlki illərin ən sevilən əsərləri daxil edilib.

Konsert zamanı tamaşaçılarla fikirlərini bölüşən S.Barakatt ölkəmizdə ilk dəfə olduğunu, pərəstişkarları qarşısında sevilən əsərlərini ifa etməkdən məmnunluğunu bildirib.

Qeyd edək ki, 1973-cü ildə Kanadanın Kvebek şəhərində livanlı ailədə dünyaya göz açan musiqiçi, bəstəkar və prodüser Stiv Barakatt həm klassik musiqi, həm də caz ifa edir.

Stiv Barakatt musiqiçi olmaqla yanaşı, həm də BMT-nin Uşaq Fondu - UNİSEF-in xoşməramlı səfiridir. Musiqiçi UNİSEF-in himni olan “Laylay”ın müəllifidir. Diqqətçəkən məqamlardan biri də odur ki, bu himn kosmosda da səsləndirilib və himn üçün uşaq hüquqları ilə bağlı videoçarx da hazırlanıb. Musiqiçi Bakı konsertində həmin mahnını da ifa edib.

Onun bir çox əsərləri dünyanın 150-dən çox teleşousunda, o cümlədən Monako avtomobil Qran-Prisində səsləndirilib.

Tarix
2024.02.10 / 23:58
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla