Yuxarı

"Avroviziya" mahnımız təqdim olundu - Video

Ana səhifə Kult Musiqi
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Avroviziya" mahnımız təqdim olundu - Video

Emi Lia (Emiliya Yaqubova) "Avroviziya 2024" üçün musiqiçi Etibar Əsədli ilə birgə hazırladığı mahnını təqdim edib.

Kult.az xəbər verir ki, “Səs Azərbaycan”ın ilk sezonunun qalibi Emi Lia "Avroviziya 2024" seçimləri üçün təqdim etdiyi iki mahnıdan birini - “Change Everything” (“Hər şeyi dəyiş”) kliplə birgə yayımlayıb.

Mahnının bəstəsi və musiqi prodüserliyini Etibar Əsədli edib, sözlərini isə Birləşmiş Krallıqdan olan Nataşa Braun yazıb. Ekran işinin rejissorluğu isə Elvin Cabbarova həvalə edilib.

Emi Lia mahnı haqqında danışarkən sözlərinin dərinliyini çox bəyəndiyini deyib:

“Mahnıya ilk dinləmədən vurulmuşdum. Dostum Etibar bu əsəri yaratdı və dinlədiyim an tüklərim biz-biz oldu. İfaçı üçün də ən önəmli şey məhz mahnını hiss etməsi, ona emosional bağlanmasıdır. Dinləyicilərin bu kompozisiyanın içindən özlərinə aid olanı götürüb, zəncirlərini qırıb, istədikləri kimi yaşamasını diləyirəm”.

Qeyd edək ki, ifaçı "Avroviziya 2024" Azərbaycan seçimlərinə iki mahnı ilə müraciət edib və 214 nəğmə arasından onun digər mahnısı sona qədər yüksələn altı mahnıdan biri olub.

Tarix
2024.03.09 / 00:51
Müəllif
Kult.az
Digər xəbərlər

Əliyev, Putin və Pezeşkian nələri müzakirə edib?

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Azərbaycan vətəndaşları Ermənistana keçib? – Açıqlama

Lukaşenko Paşinyana işarə edərək Əliyevə nə dedi? - Video

İlham Əliyev Pezeşkianla görüşdü - Foto

İlham Əliyev Xəzər Ekoloji Sammitində çıxış etdi - Foto

Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək

Beynəlxalq konfransın iştirakçıları Şuşada...

Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəblərindən biri...

Azərbaycan, Rusiya və İran prezidentləri görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla