Yuxarı

Tokayevdən türk şirkətlərinə xoş xəbər: Xüsusi güzəştlər...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tokayevdən türk şirkətlərinə xoş xəbər: Xüsusi güzəştlər...

Hazırda Qazaxıstanda təxminən 4 minə yaxın türk şirkəti fəaliyyət göstərir. Onlarla birlikdə ümumi dəyəri 6 milyard ABŞ dollarını aşan bir sıra layihələr həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu layihələr enerji, tikinti, sənaye, kənd təsərrüfatı, infrastruktur, tibb, turizm və digər mühüm sahələri əhatə edir. Qazaxıstanın Türkiyəyə yatırdığı investisiyaların həcmi isə 2,5 milyard dollardan artıqdır:

O qeyd edib ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır.

“Bu təşəbbüs hər iki ölkənin maraqlarına cavab verir. Qazaxıstan dəmir yollarını modernləşdirir, avtomobil yolları tikir və Xəzər dənizində gəmiçiliyin aktivləşdirilməsi üçün infrastruktur yenilənir. Biz türk sərmayədarlarını bu layihələrdə fəal iştiraka dəvət edirik. Hökumətimiz türk iş adamları üçün xüsusi güzəştlər təqdim etməyə hazırdır”, – Tokayev bildirib.

Tarix
2025.07.30 / 01:33
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla