Yuxarı

Süveydədə böhran: Dəməşq nəzarəti itirir, gərginlik artır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Süveydədə böhran: Dəməşq nəzarəti itirir, gərginlik artır

Suriyanın cənubundakı Süveydə vilayətində druzlarla bədəvi silahlı qrupları arasında yenidən alovlanan toqquşmalar nəticəsində bölgədə humanitar böhran yaranıb.

Axar.az xəbər verir ki, bu barədə Avropanın nüfuzlu beyin mərkəzlərindən olan İtaliya mənşəli “SpecialEurasia” məlumat yayıb.

“ABŞ və İordaniyanın dəstəyi ilə əldə olunan razılaşma bölgədəki silahlı qruplar və əhali tərəfindən qəbul edilməyib. Bölgədə elektrik və su infrastrukturu tamamilə çöküb. Hesabatda vurğulanır ki, Dəməşq hökumətinin bölgədəki nəzarəti zəifləyib, Prezident Əhməd Şara isə xüsusilə azlıq qrupları arasında etibar və dəstək qazana bilmir”, - məlumatda bildirilib.

Druz lider Hikmət əl-Hicrinin atəşkəsə qarşı çıxması və xaricdən yardım istəməsinin daxildə də parçalanma yaratdığı qeyd edilib.

Hesabatda vurğulanır ki, qarşıdakı dövrdə Süveydədə dörd əsas istiqamət diqqətdə saxlanılmalıdır:

– Atəşkəsin yerinə yetirilib-yetirilməməsi;

– Köçkünlərin geri dönüşü və ya digər bölgələrə yayılması;

– İsrailin hava əməliyyatlarına davam edib-etməyəcəyi;

– Bölgədə dağıdılmış infrastrukturun bərpa olunması;

Bildirilir ki, Suriyanın cənubu təkcə yerli qarşıdurmalarla deyil, həm də artan xarici müdaxilə və regional qeyri-sabitlik riski ilə üz-üzədir.

Tarix
2025.08.03 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla