Yuxarı

Türkiyədə ardıcıl zəlzələ: dağıntı və ölən var - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyədə ardıcıl zəlzələ: dağıntı və ölən var - Video

2025.08.10. 21:13

Türkiyənin Balıkesir vilayətinin Sındırgı ilçəsində 6,1 bal gücündə zəlzələ baş verib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Yeraltı təkanlar İstanbul və ətrafı, Bursa, Kocaeli və digər ərazilərdə, o cümlədən İzmirdə hiss edilib.

Dağıntı və tələfat barədə informasiya verilmir.

***

Zəlzələ nəticəsində Sındırgı ilçəsində bir binanın dağıldığı, 6 nəfərin itkin düşdüyü bildirilir.

***

Balıkesirdə 4,6 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

***

Təkanlar nəticəsində 10 binada dağıntılar baş verib.

***

Türkiyədə zəlzələlərdən sonra üç maqnitudadan çox yeddi afterşok qeydə alınıb.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbiət hadisəsi Manisa, İzmir, Uşak və Bursa vilayətlərində hiss olunub. Hazırda axtarış – xilasetmə tədbirləri davam edir.

***

Zəlzələdə çökən binanın dağıntıları altında qalmış 6 nəfərdən beşi çıxarılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.

***

Zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb.

Bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu deyib.

O bildirib ki, yaralıların müalicəsi xəstəxanada davam etdirilir, onların həyatına təhlükə yoxdur.

***

Baş verən zəlzələ nəticəsində bir nəfər həyatını itirib.

Bu barədə Balıkesir Bələdiyyə sədri Əhməd Akın deyib.

Tarix
2025.08.11 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla