Yuxarı

Mən türklüyümdən utanıram - Ezhel

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mən türklüyümdən utanıram - Ezhel

Türkiyə və bir çox ölkədə “Ezhel” adı ilə tanınan repçi Ömər Sercan İpəkçioğlu “Kültürsüz” adlı İnstaqram səhifəsinin ‘Milli marşında türk sözü keçən ölkələr’ mövzusunda olan paylaşımına şərh yazaraq, Yunanıstan milli marşı üzərindən Türkiyəni tənqid edib.

Axar.az xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Belə ki, Ezhel Yunanıstan milli marşında yer alan “Dərin okean bax belə uğuldasın istəyərdim. Və dalğasında hər türk toxumu boğulsun” sözlərinin ‘türk zülmü’ üzündən yazıldığını iddia edib.

Ardınca Ezhel şərh də yazıb:

“Başqalarına zülm etdiyini fərq etdiyində türklük itirdiyi gücünə yenidən çata bilər. Zülmdən zövq aldığımız üçün yazıldı bu marşlar. Ədalətlə xatırlanaq. O zaman milliyyətimizə xidmət etmiş olacağıq. Səhvlərimizi qəbul edək. İnsan kəsməklə qürur duyaraq daha nə qədər irəliləyə bilərik? Türk deyiləndə ağıla əzəmət, ədalət və xoşbəxtlik gəlmədikcə mən türklüyümdən utanıram. Belədir”.

Şərh vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb. İnsanlar Ezheli bu fikirlərinə görə tənqid edib.

Tarix
2025.08.14 / 22:18
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla