
Gündə bir yumurta yeməyin - 7 faydası
01:50
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyədən Suriyaya qayıdan miqrantların sayı açıqlanıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi məlumat yayıb.
Məlumata görə, 2024-cü il dekabrın 8-dən bu günədək Türkiyədən 411 min 649 suriyalı ölkəsinə qayıdıb.
Bundan əlavə, 2016-cı ildən bu günə qədər 1 milyon 151 min 652 suriyalı könüllü şəkildə ölkəni tərk edib. Türkiyədə müvəqqəti qoruma altında olan suriyalıların sayı isə 2 milyon 543 min 711 nəfər təşkil edir.
Qeyd edək ki, 2024-cü il dekabrın 8-də Əsəd rejimi devrildikdən sonra Türkiyədə məskunlaşan suriyalılar könüllü şəkildə öz ölkələrinə qayıtmağa başlayıblar.
Tarix
2025.08.17 / 00:20
|
Müəllif
Ləman Cavadova
|