Yuxarı

Tramp Putini bu addımı atmağa ruhlandırır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Putini bu addımı atmağa ruhlandırır

ABŞ-ın təmkinli olması Kremli Ukraynanı güzəştə getməyə məcbur etmək məqsədi ilə yorucu müharibə aparmağa ruhlandırır.

Axar.az xəbər verir ki, bu barədə “Blumberq” agentliyi yazıb.

Nəşrdə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin anlayır ki, hərbi eskalasiya Ukraynanı onun şərtləri ilə danışıqlara məcbur etməyin ən yaxşı yoludur. ABŞ Prezidenti Donald Tramp isə Kiyevin müdafiəsini gücləndirmək üçün çətin ki, bir ciddi iş görsün. Beləliklə, Putin Ukraynanın enerji və digər infrastrukturlarına hücumları davam etdirəcək.

İddia edilib ki, Alyaska görüşü Rusiya prezidentini ABŞ liderinin münaqişəyə müdaxilə etmək istəmədiyinə inandırıb.

"Rusiyanın aqressiyasının artmasına cavab olaraq Tramp bu həftə Putinin yanaşmasından məyusluğunu bildirib. Həmçinin Moskva ilə onun müttəfiqlərinə qarşı neft gəlirlərini kəsmək məqsədilə daha sərt sanksiyaların tətbiqini təklif edib.

Eyni zamanda, Tramp ABŞ-ın addım atmasından əvvəl Kiyevin Avropa müttəfiqlərindən sərt tədbirlər görməsini də tələb edib", - deyə məqalədə xatırladılıb.

Tarix
2025.09.21 / 10:09
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla