Yuxarı

Tramp Rusiyaya zərbəyə imkan verdi? Bu ki nüvə savaşıdır!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Rusiyaya zərbəyə imkan verdi? Bu ki nüvə savaşıdır!

Ukrayna Prezidenti Vladimir Zelenski indi Moskvaya de-fakto raket zərbələri endirmək təhlükəsini ehtiva edən bəyanat yayıb. O bildirib ki, birincisi, Rusiya rəsmiləri bomba sığınacaqlarının yerlərini hərtərəfli öyrənməlidir. Məmurlar isə bildiyimiz kimi daha çox paytaxtda yerləşir. İkincisi, Zelenski bəyan edib ki, Tramp Rusiyaya qarşı zərbələrə razılıq verib. Və Tramp uzaqmənzilli raketlərin Ukrayna silahlı qüvvələrinə təhvil verilməsi barədə düşünəcəyini vəd edib.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Tramp daha əvvəl Zelenskiyə ABŞ raketlərini və beynəlxalq səviyyədə tanınan Rusiya ərazisini vurmaq üçün Amerika hərbi peyklərindən istifadəni qadağan etmişdi. Bu qadağalara Moskva da daxildir. Zelenskinin açıqlaması Trampın Zelenski ilə söhbətində bu qadağanı aradan qaldırması anlamına gələ bilər. Amma bu doğrudurmu? Axı Tramp nüvə müharibəsi perspektivi ilə eskalasiyanın qarşısını almaq üçün Rusiya rəhbərliyinə vəd verib. İndi onu pozmağa qərar verib? Fikrimcə, bu, mümkün deyil. Amma Zelenskinin açıqlaması ciddidir. Bundan sonra yəqin ki, Rusiya ilə ABŞ arasında birbaşa sualla qapalı məsləhətləşmələr aparılacaq: Amerika hərbi peykləri Ukrayna raketlərinə Rusiya şəhərlərini hədəf almasına imkan verəcəkmi? Zelenski bu haqda düz deyir, yoxsa yalan? Və daha sərt şəkildə desək: kim yalan danışır: Zelenski indi, yoxsa Tramp danışıqlar zamanı?” - o bildirib.

Tarix
2025.09.25 / 16:17
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?

Kriptovalyuta bazarına kapital axınları azaldı

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

Deputatın qızı şikayətləndi: Atamla bağlı müraciətim...

Azərbaycan bu ölkə ilə diplomatik münasibətlər qurur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla