Yuxarı

NATO qırıcıları Rusiya təyyarələrinin qarşısını aldı - İnsident

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
NATO qırıcıları Rusiya təyyarələrinin qarşısını aldı - İnsident

NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Macarıstanın JAS-39 Gripen qırıcıları Latviya sərhədinə yaxın Rusiyanın 5 hərbi təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə Baltik dənizi üzərində, Latviya sahilləri yaxınlığında baş verib.

Qərb mənbələrinin məlumatına görə, Rusiya təyyarələrinin beynəlxalq uçuş qaydalarına əməl edib-etmədiyi hələ dəqiqləşdirilməyib.

Litvanın Şyaulyai Hava Bazasında yerləşdirilən Macarıstan qırıcıları təyyarələri vizual olaraq müəyyənləşdirib və onlar NATO məsuliyyət zonası tərk edənədək müşayiət ediblər.

Məlumata görə, macar pilotlar Rusiya təyyarələrini hədəfə alıblar ki, bu da hadisənin ciddiliyini göstərir. Bu, son bir həftədə qeydə alınan ikinci oxşar insidentdir.

Qeyd edək ki, sentyabrın 23-də də Rusiya təyyarəsi Litva sərhədi yaxınlığında müşayiət edildikdən sonra kursunu dəyişmişdi.

Tarix
2025.09.25 / 23:46
Müəllif
Axar.az
Digər xəbərlər

Səməd Seyidovun adından saxta açıqlama yayıldı

Konqres Azərbaycanla bağlı qanunun mətnini açıqladı

Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı

Türkiyə Ermənistanla sərhədi qismən açır

Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

“Turan” artıq realdır: mərkəzi və açar ölkəsi...

Ermənilər daha bir qonşusundan bu cür oğurlayır

Uçuşlar gecikir: Ermənistanda nə baş verir?

Ermənistanla ticarət əlaqələri mümkündür - Bayramov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla