Yuxarı

İlon Mask tarixə düşdü: sərvəti 500 milyard dolları ötdü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı sahibkar İlon Mask sərvəti 500 milyard dollara çatan ilk şəxs kimi adını tarixə yazdırıb.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşr qeyd edir ki, ABŞ-ın şərq sahillərinin vaxtı ilə saat 15:30-da (Bakı vaxtı ilə 23:30) Tesla və SpeysX-in baş direktoru, X sosial şəbəkəsinin və Neuralink neyrotexnoloji şirkətinin sahibinin xalis sərvəti 500 milyard dollara çatıb.

Bakı vaxtı ilə saat 00:15-ə olan məlumata görə, Maskın sərvəti 500,5 milyard dollara yüksəlib.

Maskın yüksəlişi onun Hökumətin Səmərəliliyi İdarəsinin rəhbəri vəzifəsindən istefa vermək və diqqətini biznesə yönəltmək qərarı ilə əlaqələndirilir.

Mask “Forbes”in milyarderlər siyahısında birinci yerdədir. Onun ardınca Oraklın sədri Larri Ellison (351,6 milyard dollar), Meta Korporasiyasının həmtəsisçisi Mark Zukerberq (246,1 milyard dollar), Amazonun qurucusu Ceff Bezos (233,2 milyard dollar) və Quqlun həmtəsisçisi Larri Peyc (204,6 milyard dollar) gəlir.

Əvvəlki rekord da Maska məxsusdur: ötən ilin dekabrında o, sərvəti 400 milyard dolları keçən ilk şəxs olub.

Tarix
2025.10.02 / 00:57
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak etdi

Rusiya üçün “Qiyamət” başlayır: zərbələrin nəticəsi...

Bakıda D-8 İqlim və Şəhərlər Dialoqu keçiriləcək

DİN-dən MDB Oyunları ilə bağlı açıqlama

İlham Əliyev Danimarkada

Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı

6 milyonluq mənimsəmədə ittiham olunan zabit barədə qərar

Adnan Əhmədzadənin mülk siyahısı: Milyonluq evlər...

Bakı-Tiflis-Qars dəmir yolu ilə yükdaşıma... - Memorandum

Simonyandan 44 günlük müharibə ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla