Yuxarı

Yatsam, yuxuma da girməzdi ki... - Elvin Cəfərquliyev

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yatsam, yuxuma da girməzdi ki... - Elvin Cəfərquliyev

"Qarabağ"ın futbolçusu Elvin Cəfərov Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışıb.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, görüşün ən yaxşısı seçilən müdafiəçi jurnalistlərə açıqlamasında deyib:

"Çox qürurluyam. Yatsam, yuxuma girməzdi ki, Çempionlar Liqasının hansısa bir oyununda ən yaxşı seçiləcəyəm. Məşqçilər heyətinə, hamıya təşəkkür edirəm. Azarkeşlərimizə minnətdaram ki, bizə inam verdilər. Komanda olaraq özümüzə inanırıq".

E.Cəfərquliyev media nümayəndəsinin "Yəqin ki, oyunun ən yaxşısı mükafatı ilə yatacaqsan" zarafatına belə reaksiya verib:

"Yox, yenə də yata bilməyəcəyəm. Mükafatı elə bir yerə qoyacağam ki, həmişə görüm. Bəlkə, baxa-baxa yataram".

O, görüşün çətin keçdiyini də vurğulayıb:

"Oyun çox çətin keçdi. Rəqibi analiz etmişdik. Son oyunlarına da baxmışdıq. Çempionlar Liqasnda zəif rəqib yoxdur, bunu bilirik. Şükürlər olsun ki, qələbə qazandıq. Bununla kifayətlənmək olmaz. İnşallah, növbəti oyunlarda da azarkeşləri, sizləri sevindirərik".

Futbolçu "Turnir cədvəlində ilk "24-lüy"ə düşərək növbəti mərhələyə adlamaq şanslarınızı necə dəyərləndirərdiniz" sualını cavablandırıb: "Niyyətimiz sadəcə meydana çıxaraq öz oyunumuzu oynamq, qələbə qazanmaqdır. Sonda nə olacağını isə yalnız Allah bilir".

Tarix
2025.10.02 / 01:16
Müəllif
Axar.az
Digər xəbərlər

Szinpinin xüsusi nümayəndəsi Azərbaycana gəlir

Ukraynanın ölkəmizdəki səfirliyi bayraqları endirdi

Parad Rusiyanı ifşa etdi: niyə 5 ildir bacarmır?

Köçəryan seçilərsə, Bakı üçün tarixi şans yaranacaq

WUF13-ün ilk günündə nazirlər görüşəcək

İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi

BMT Təhlükəsizlik Şurasında bu təmin olunmalıdır - Hacıyev

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla