Yuxarı

“İsgəndər” təkmilləşdi, “Patriot”dan bu cür yayınır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İsgəndər” təkmilləşdi, “Patriot”dan bu cür yayınır

Rusiya Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yan keçmək üçün “İsgəndər” və “Xəncər” raketlərini modernləşdirib. Qış ərəfəsində təkmilləşdirilmiş raketlər PUA istehsalı obyektlərinə və mühüm infrastruktura ciddi ziyan vurub.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.

“Aylardır dağıdıcı Rusiya hava hücumları Moskvanın Ukraynanın hava hücumundan müdafiə sistemlərindən yayınmaq üçün raketlərini dəyişdirməyə müvəffəq olduğunu göstərir. Bu yay Ukraynanın PUA istehsalçılarına qarşı bombardman kampaniyası Rusiyanın Amerika “Patriot” batareyalarına daha yaxşı müqavimət göstərmək üçün ballistik raketlərini necə təkmilləşdirdiyinin bariz nümunəsi idi. Hazırkı və keçmiş Ukrayna və Qərb rəsmiləri hesab edirlər ki, Rusiya 500 km-ə qədər uçuş məsafəsi olan raketlər buraxan İsgəndər-M mobil raket sistemini, eləcə də 480 km-ə qədər uça bilən “Xəncər” ballistik raketini çox güman ki, modifikasiya edib. Hazırda raketlər tipik trayektoriya üzrə hərəkət edir, sonra kursu dəyişir və “Patriot”ları çaşdıran və yayındıran manevrlər həyata keçirir”, - məlumatda deyilib.

Tarix
2025.10.02 / 15:40
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev İsveçrə prezidentinə başsağlığı verdi

Rəsmi Bakıdan bu ölkə ilə bağlı paylaşım

Məşhur jurnalist barədə həbs qərarı - Axtarışa verildi

İstanbuldakı 520 minlik yürüşdə Azərbaycana qarşı pankart...

Ahıl şəxslər üçün Yeni il süfrəsi: Əliyevalar da iştirak etdi

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Azərbaycan İsveçrəyə başsağlığı verdi

Erməni mediası Əliyevin çıxışından məhz bu cümləni yaydı

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi

Əliyev açıq mesaj verdi: Yalnız güclü dövlət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla