Yuxarı

AB liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.

Axar.az APA-ya istinadla xəbər verir ki, sənəddə yerli seçkilərin başqa cür düşünənlərin uzun müddət sıxışdırılması fonunda keçirildiyi bildirilib.

Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub.

“Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, – bəyanatda deyilir.

Bəyanat müəllifləri, həmçinin AB-nin Gürcüstandakı səfirinin rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edərək qınadıqlarını bildiriblər.

Tarix
2025.10.05 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Qonşudan PUA buraxıldı, xəbər etdik, qoşun yeridildi - Qudərzi

Gürcüstanda iğtişaşlar: nə baş verir və nələr ola bilər?

Bərdənin raket atəşinə tutulmasından 5 il ötür

Daur İsmayılov Marneulinin meri seçildi

Naxçıvan yolu İran üçün fürsət ola bilər - Zərif

Rusiya dronu azərbaycanlının maşınına düşdü, öldü - Foto

Cəbrayılın azad edilməsi çox mühüm strateji uğur idi

İrana hücum hazırlığı başladı: Qafqaza təsirləri...

Əliyev-Makron görüşü: Fransa bundan imtina etdi!

Cəbrayılın işğaldan azad edilməsindən 5 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla