Yuxarı

Simonyan: Onlar Paşinyandan qorxurlar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Simonyan: Onlar Paşinyandan qorxurlar

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın mətbuat konfransına baxmamışam, bunu etməyi də planlaşdırmıram. Amma internetdə bir neçə video və mətbuatda bir-iki sitat gördüm.

Axar.az xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan Köçəryanın 7 oktyabrda (Putinin ad günündə) İrəvanda mətbuat konfransı keçirməsi və Nikol Paşinyana qarşı danışması haqda qeyd edib.

“Məzmun baxımından yeni gözləntilər yoxdur, estetik baxımdan isə bu adamı izləmək, dinləmək sadəcə olaraq xoşagəlməzdir. Bu saxta gülüş, axmaqlıq və cəsarət artıq heç kimə maraqlı deyil, sadəcə əhvalını pozmamaq üçün bu barədə ona demirlər. Onun siyasi planda deyəcək sözü varsa, deməli, yol çoxdan göstərilib, cəsarətini toplayıb Ermənistanın unikal seçilmiş lideri ilə debata gəlsin. Amma əminəm ki, bir vaxtlar özünü ölkənin yeganə kişisi elan edən şəxs o biri seçilməyənlər kimi qorxur. Qorxmayın, onsuz da hamınız siyasi meyitsiniz, itirəcək bir şeyiniz yoxdur, ona görə də heç olmasa aranızda ən böyük meyitin kim olduğunu öyrənmək şansınız olacaq”, - o bildirib.

Tarix
2025.10.08 / 14:53
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

Konqresdən Bakıya erməni müraciəti - MM-in cavabı

Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir

Beynəlxalq konfransın iştirakçıları Laçında...

Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam

Beynəlxalq səyyahlar Zəngəzur dəhlizinin ərazisində...

Trampdan Azərbaycan açıqlaması: 2 günə həll etdim...

Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?

Türkiyədən Azərbaycanla bağlı bəyanat

Elvin Əlizadəyə TƏBİB-də yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla