Yuxarı

7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
7 milyard ayrıldı, Ukraynada 500 sığınacaq qurulur

Kiyevdə 500 mobil sığınacağın qurulması planlaşdırılır.

Axar.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.

"Bu sığınacaqlara olan tələblər, nəhayət, dövlət səviyyəsində, qanunvericilik normaları ilə dəqiq müəyyən edilib. Sığınacaq sisteminin genişləndirilməsi prioritet məsələdir, ona görə də şəhər bu məqsədlə son illərdə 7 milyard qrivnadan çox, o cümlədən bu il 4 milyard qrivna ayırıb”, - Kliçko qeyd edib.

Kiyev meri vurğulayıb ki, sistematik olaraq əsaslı təmir, yenidənqurma və sığınacaqların sayını artırmaq proqramı həyata keçirilir:

“Metro və ya daimi sığınacaq olmayan ərazilər var. Bunlar, ilk növbədə, şəhər mərkəzindən uzaqda, xüsusən də sol sahildə yerləşən yaşayış sahələridir. Daimi sığınacaqların yerləşdirilməsi mümkün olmayan yerlərdə səyyar sığınacaqlara ehtiyac var”.

Tarix
2025.10.15 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla