Yuxarı

Timoşenkonun qızı anasından danışdı - BBC

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Timoşenkonun qızı anasından danışdı - BBC

Ukraynanın sabiq Baş naziri, müxalifət lideri Yuliya Timoşenkonun qızı Yevgeniya Timoşenko BBC-yə müsahibə verib.

Yevgeniya Timoşenko ölkədə prezident seçkilərinin keçiriləcəyi və anasının da namizəd olacağı təqdirdə xalqın anasına dəstək olacağını deyib.

"Axar.az" Yevgeniya Timoşenkonun BBC-yə verdiyi müsahibəni təqdim edir:

BBC: Polşa Xarici İşlər naziri Radoslav Sikorski ötən gün Maydanı dolduran aksiyaçıların rəhbərliyə yeni simaların, təmiz insanların gətirilməsini istədiyini və bu hərəkatda iştirak edənlərin bir qisminin isə siyasi pozuntulara qarşı çıxdığını deyib. Bu fikirlərlə razısınızmı?

Yevgeniya Timoşenko: Əlbəttə. Bu səbəblərdən dolayı yüz minlərlə insan anamı qarşılamaq üçün Maydana gəldi. Daha əvvəldə yüz minlər anamın azadlığa çıxmasını istəyirdi və mən nə zaman podiuma çıxsam, onlar "Yuliyaya azadlıq" deyə qışqırırdılar.

BBC: Maydanda ananız çıxış etdiyi zaman siz də orda, onunla birlikdəydiniz və orada ananızın çıxışı zamanı bütün siyasətçilər adından xalqdan üzr istədiyini və onların xalqın dəstəyinə layiq olmadıqlarını dediyi zaman Maydanda bir qrup insan "Sənə inanmırıq" deyə qışqırıb. Bu barədə nə deyə bilərsiniz?

Yevgeniya Timoşenko: Mən belə olduğunu düşünmürəm. Çünki biz insanların fikirlərini açıq şəkildə deyə biləcəkləri Avropaya pəncərə açırıq. Bildiyimiz kimi, Avropada heç bir siyasətçi xalqın 60%-nin belə dəstəyinə sahib deyil.

Anam Yuliya Leonid Kuçma tərəfindən həbs edildi. Daha sonra sərbəst buraxıldı və Baş nazir oldu. Kuçma ona qarşı heç bir ittihamın irəli sürülmədiyini dedi və anam ondan intiqam almağa səy göstərmədi.

Məncə, demokratik seçkilərin keçiriləcəyi təqdirdə Ukrayna xalqı onu dəstəkləyəcək.

Anam həbsdən çıxdığında ona qarşı bir sıra təxribatlar edildi. Bəzi insanlar onun sadəcə siyasi fiqur olduğunu və bəzi müxalifət liderlərinə rəqib olacağını düşündükləri üçün ona etibar etməməyə başladı. Yuliya isə onların hamısı ilə danışıqlar apardı və xalqa da səslənərək, onların dəstəyinə layiq olub-olmadığını soruşacağını bildirdi.

Tarix
2014.02.28 / 01:24
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Heydər Əliyev Mərkəzi Pakistan bayrağına büründü

Ceyhun Bayramov Arakçı ilə danışdı

MN-dən PUA-larla bağlı əhaliyə çağırış

Zaxarovanın Heydər Əliyevlə bağlı bu cəhdi qəbuledilməzdir!

Sülh müqaviləsinin mətnini razılaşdırmışıq, amma...

Szinpin İlham Əliyevi təbrik etdi

Bakı bununla bağlı İrəvana xəbərdarlıq edib - Mirzoyan

Prezident Şahbaz Şərifi təbrik etdi

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla