Yuxarı

Rusiya Kiyevi vurdu: 3 ölü, 29 yaralı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Kiyevi vurdu: 3 ölü, 29 yaralı

Rusiya ordusu oktyabrın 26-na keçən gecə Ukraynanın paytaxtı Kiyevə növbəti dəfə hava hücumu edib.

Axar.az xəbər verir ki, gecə saatlarında hava hücumundan müdafiə sistemi işə düşüb, partlayış səsləri eşidilib. Zərərsizləşdirilən dronlar Kiyevin bəzi yaşayış binalarında yanğına səbəb olub.

Kiyev şəhər meri Vitali Kliçko hava hücumu nəticəsində ilkin məlumata görə, 3 nəfərin öldüyünü, 29 nəfərin yaralandığını deyib. Xəsarət alanların 3-ü uşaqdır.

Onun sözlərinə görə, zərərsizləşdirilən dron paytaxtın Desnyansk rayonunda doqquzmərtəbəli binanın ikinci mərtəbəsinə düşüb. Bir neçə mənzil yanıb, yanğın dördüncü və yeddinci mərtəbələrdəki eyvanlara keçib. Artıq yanğın söndürülüb.

Digər ünvanda yerləşən doqquzmərtəbəli yaşayış binasında mənzillərin pəncərə və qapıları, altıncı və səkkizinci mərtəbələrin fasadı və tavanı qismən zədələnib. Beş nəfər xilas edilib.

Dronun qalıqları həmçinin Obolon rayonunda 16 mərtəbəli yaşayış binasının üzərinə düşüb. Bir mənzilə ziyan dəyib. Yanğın və ya konstruksiyaya ziyan dəyməyib.

Tarix
2025.10.26 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla