Yuxarı

ABŞ şatdauna görə 14 milyard itirə bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ şatdauna görə 14 milyard itirə bilər

ABŞ-da federal hökumətin bağlanması (şatdaun) səbəbindən ABŞ iqtisadiyyatı 14 milyard dollara qədər itirəcək.

Axar.az xəbər verir ki, bu barədə Konqresin Büdcə İdarəsinin hesabatında deyilir.

Sənədə görə, təxminən 650 min federal işçi məzuniyyətə göndərilib və onların daha 600 min həmkarı maaşsız işləməyə məcburdur.

Analitiklərin fikrincə, artıq beşinci həftəsində olan şatdaun yaxın günlərdə başa çatarsa, itkilər 7 milyard dollar təşkil edəcək. Federal hökumətin bağlanması altı həftə davam edərsə və təxminən 12 noyabrda başa çatarsa, ÜDM itkiləri 11 milyard dollara çatacaq. Şatdaunun noyabrın sonuna qədər uzadılması isə 14 milyard dollar itkiyə səbəb ola bilər.

Həmçinin bildirilir ki, dördüncü rübdə ABŞ-ın ÜDM artımı bağlanma müddətindən asılı olaraq 1-2% azala bilər.

Tarix
2025.10.30 / 07:00
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

3 variant var: “Vahid İsrail”, ikidövlətli həll və sürgün...

BBC-nin Azərbaycandakı fəaliyyəti qeyri-qanunidir

Türkiyə nümayəndələri İrəvanda

Zəngəzurun açılmasını həyəcanla gözləyirəm - Ərdoğan

Ərdoğanın Gülüstan sarayında təbrik məktubu oxundu

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü

TRİPP xətti üzrə bağlantıların yaradılması üçün... - Əliyev

Bilal Ərdoğan Azərbaycanda

Ukraynadan daha 12 uşaq Azərbaycana gətirildi

KQB şinelindən çıxan müxalifətin casusluq macəraları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla