Yuxarı

Türkiyə etiraz edir: İran və İsrail imkan vermir!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə etiraz edir: İran və İsrail imkan vermir!

Türkiyə hələ ki, Suriya Demokratik Qüvvələrinin (PKK/YPG terror təşkilatı - red.) ölkənin hökumət strukturlarına inteqrasiyası üçün heç bir konkret addım görməyib.

Axar.az xəbər verir ki, bu barədə “Hürriyyət” məlumat yayıb.

Məlumata görə, bu prosesə xarici və daxili qüvvələr mane olur:

“Suriya Prezidenti Əhməd əş-Şara və SDQ komandiri Məzlum Abdi tərəfindən 10 martda imzalanan razılaşmaya əsasən, kürd döyüşçülər ilin sonuna qədər keçid hökumətinin silahlı qüvvələrinə daxil edilməli və ölkənin şimal-şərqində yerləşən hava limanları, qaz və neft yataqları da daxil olmaqla, bütün mülki və hərbi obyektlər Dəməşqin nəzarəti altına keçməlidir. İlin sonuna iki aydan az vaxt qalıb, lakin müqavilənin həyata keçirilməsi istiqamətində bir addım da atılmayıb. Mart razılaşmalarının həyata keçirilməsinə ABŞ və Böyük Britaniyadakı müəyyən qüvvələr, ərazisində yaşayan druzlardan Suriyaya qarşı istifadə edən İsrail, İran, eləcə də kürd qüvvələrinin bir sıra nümayəndəsi mane olur. Onlar sözügedən qüvvələrin Suriya ordusuna daxil edilməsinə qarşı çıxır və bu prosesi sabotaj edirlər. Ankara hesab edir ki, SDQ əvvəlcə öz bölmələrini Deyr əz-Zor bölgəsindən çıxara, neft və qaz yataqları üzərində nəzarəti yeni Suriya hakimiyyətinə verə bilər. Bundan sonra onlara Suriyanın şimal-şərqindəki SDQ tərəfindən idarə olunan nəzarət məntəqələri verilə bilər ki, bu da mart razılaşmasının əsas müddəasının - kürd birləşmələrinin Suriya ordusuna daxil edilməsinin həyata keçirilməsini asanlaşdırar”.

Tarix
2025.11.04 / 13:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycandan təbii qaz alışı üçün fəal iş görürük - Zelenski

Ermənistan-Azərbaycan münaqişəsi keçmişdə qalıb - Hacıyev

Azərbaycan bu qurumun üzvü oldu - Bu, nə deməkdir?

Bu qərara görə həmkarlarıma təşəkkür edirəm - Prezident

Dəhlizin tikintisi başa çatmaq üzrədir – İlham Əliyev

Mərkəzi Asiya ölkələrinin qardaş dəstəyi… - İlham Əliyev

Mərkəzi Asiya və Azərbaycan geoiqtisadi regiondur

Mərkəzi Asiya dövlətləri ilə münasibətlər... – Prezident

İlham Əliyev 7-ci Məşvərət Görüşünün iclasında çıxış etdi

Şövkət Mirziyayev Azərbaycanda sevilir – İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla