Yuxarı

Rusiya mane olmasa, ayın sonunda... - Zelenski

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mane olmasa, ayın sonunda... - Zelenski

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ölkə noyabrın sonuna qədər gündə 600–800 ədəd ucuz, lakin sürətli kvadrokopter istehsal etməyi planlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə “Biznes İnsayder” (Business Insider) məlumat yayıb.

“Payızda gündə 1000 ədəd məhvedici dron istehsal olunacağını demişdim. Əlbəttə, bu asan məsələ deyil. İnanırıq ki, noyabrın sonuna qədər, əgər heç bir problem olmasa, gündə 600–800 dron istehsal ediləcək”, - deyə Zelenski jurnalistlərə deyib.

O əlavə edib ki, Rusiya hücumları və təxribatları prosesə mane olmadığı müddətcə bu plan həyata keçəcək.

Qeyd edək ki, Ukrayna və Qərb mənbələri İran istehsalı “Şahid-136” dronunun qiymətini 20–70 min dollar arasında qiymətləndirir, yerli məhvedici dronlar təxminən 3–6 min dollara başa gəlir.

Tarix
2025.11.05 / 09:00
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla