Yuxarı

Azərbaycanlının evini yandırana ağır cəza

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlının evini yandırana ağır cəza

Rusiyanın Ulyanovsk şəhərində azərbaycanlı ailəsinə hücum etmiş kollektor 8 il həbs cəzasına məhkum edilib.

APA-nın məlumatına görə, bu barədə Ulyanovsk Şəhər Prokurorluğundan bildirilib.

"Məhkəmə Dmitri Yermilovu cəzasını ümumi rejimli koloniyada çəkməklə 8 il həbs cəzasına məhkum edib. Bundan başqa, o, xəsarət almış uşağa 1 mln. rubl, onun babasına isə 200 min rubl., evin sahibinə isə 50 min rubl məbləğində kompensasiya ödəyəcək", - deyə məhkəmədən bildirilib.

Qeyd edək ki, yanvarın 27-də Rusiyanın Ulyanovsk vilayətində geniş ictimai rezonansa səbəb olmuş azərbaycanlının ailəsinə qarşı qəddar cinayət törədilib. Naməlum şəxs banka olan borca görə azərbaycanlı Hüseynovlar ailəsinin evinə "molotov kokteyli" atıb. Nəticədə, evdə olan iki yaşlı körpə Ruslan Hüseynov üz və çiyin nahiyəsindən ağır yanıq xəsarətləri alıb. İnsident nəticəsində uşağın babası İslam Hüseynov da 2-3 dərəcəli yanıq xəsarəti alıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən bank kollektoru 45 yaşlı Dmitri Yermilov saxlanılıb.

Onun barəsində "Qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açılıb. Saxlanılan şəxsin keçmiş polis əməkdaşı olduğu, 2008-ci ildən Daxili İşlər Nazirliyi orqanından oğurluğa görə xaric olunduğu bildirilib. Törətdiyi cinayətə görə Dmitri Yermilov o zaman üç il müddətinə həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin rəisi Aleksandr Bastrıkinin şəxsi nəzarətinə götürülüb.

Tarix
2016.07.28 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla