Yuxarı

Putinin başı savaşa qarışdı, ABŞ tarixi şans qazandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin başı savaşa qarışdı, ABŞ tarixi şans qazandı

Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistandan olan həmkarlarını Ağ Evdə qəbul edib. ABŞ və C5 ölkələri arasında çox nəhəng iqtisadi razılaşmalar əldə olunub, bu razılaşmalar mədənlərdən tutmuş enerji mənbəyi olan faydalı qazıntılara, həmçinin energetika, aviasiya və kənd təsərrüfatına qədər, müxtəlif sahələri əhatə edir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, Ağ Ev rəsmilərinin görüşün siyasi mahiyyəti barədə açıq danışmaması anlaşılandır, amma bəzi senatorlar proses haqda son dərəcədə açıq və net mövqe ortaya qoyublar:

“Respublikaçı senator Stiv Deynsin dediklərinə nəzər salaq: “Dünyada Mərkəzi Asiya kimi böyük iqtisadi potensialı olan çox az region var. Ölkələrimiz arasında daha sıx əlaqələrin qurulması təkcə arzuolunan deyil, həm də ABŞ üçün strateji zərurətdir. Sovet dövründə, daha sonra isə Rusiyanın təsiri altında Mərkəzi Asiya ölkələri öz potensiallarını reallaşdıra bilmədilər. Rusiya indi Ukrayna ilə məşğuldur və cənub cinahı ilə məşğul olmağa vaxtı yoxdur. Putinin müharibəsi bizə etibarlı və sabit investisiyalar təmin etmək imkanı yaratdı. Bu məqam Moskva və Pekin tərəfindən buraxılmış boşluğu doldurmaq üçün Amerikanın tarixi imkanıdır”.

Tarix
2025.11.08 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla