Yuxarı

Nikol məxfiliyi açır: Aprel savaşında Sərkisyan Putinə nə yazıb?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nikol məxfiliyi açır: Aprel savaşında Sərkisyan Putinə nə yazıb?

Ermənistan Baş naziri Nikol Paşinyanın Serj Sərkisyanın Qarabağ uğursuzluğu ilə bağlı bütün danışıqları məxfilikdən çıxaracağı haqda açıqlamasına aydınlıq gətirib.

Axar.az xəbər verir ki, erməni mediasının bu istiqamətdə sualına cavab olaraq Paşinyan Sərkisyanın məxfi məktubu ona deyil, “digər ölkənin prezidentinə” yazdığını açıqlayıb. Vurğulayıb ki, məktubun məxfilikdən çıxarılması prosesinə başlanılması üçün göstəriş verib və ilin sonuna qədər o məktub ictimaiyyətə açıqlanacaq.

“Hraparak” isə yazıb ki, söhbət böyük ehtimalla Aprel savaşından sonra Rusiya Prezidenti Putinə ünvanlanan məktubdan gedir. Məktubda Sərkisyanın Azərbaycan Ordusunun qarşısında durmağa gücü olmadığını bildirdiyi, Rusiyadan yardım xahiş etdiyi ehtimal edilir.

Qeyd edək ki, bu, Paşinyana müxalif olan nəşrin versiyasıdır. Amma 2016-cı ilin aprelində başlayan savaşın dayanmasının səbəbi o idi ki, Ermənistan Prezidenti Serj Sərkisyan rayonların qaytarılması ilə bağlı öhdəlik götürmüşdü. Lakin sonradan Sərkisyan seçkiləri bəhanə edərək, vaxtı uzatdı, daha sonra isə hakimiyyəti Paşinyana təhvil verdi.

Həmin ərəfədə Rusiya lideri Vladimir Putin və XİN başçısı Sergey Lavrov da 5+2 prinsipi ilə rayonların geri qaytarılması öhdəliyinə Ermənistanın əməl etməsi gərəkdiyinə dəfələrlə eyham vurmuşdular. Çünki Sərkisyanın verdiyi vədin qarantı rolunda Putin çıxış etmişdi.

Tarix
2025.11.13 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla