Yuxarı

Qəzada həlak olanların cənazələri Türkiyəyə göndərildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qəzada həlak olanların cənazələri Türkiyəyə göndərildi

18:32

Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tiflisin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.

Axar.az Report-a istinadən xəbər verir ki, cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb.

Şəhid olan 20 hərbçinin nəşlərini daşıyan "Koca Yusuf" A400M təyyarəsinin bir neçə saat sonra Ankaraya hərəkət edəcəyi bildirilib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.

***

Gürcüstanda C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşlərini daşıyan Türkiyə Hərbi Hava Qüvvələrinin A400M təyyarəsi Tiflisdən Türkiyəyə çatıb.

Bu barədə "Habertürk" məlumat yayıb.

Tarix
2025.11.13 / 22:01
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident elan etdi: Yeni dövr başladı, əsas prinsip budur

Ukraynada döyüşən daha bir azərbaycanlı öldü - Foto

Həsən Mansurov BMT Konqresində çıxış etdi

Türk tiktoker: Azərbaycanı təhqir etdiniz, Əliyev də... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla