Yuxarı

Rusiya cəmiyyəti daha qurbanlar vermək istəmir - Diplomat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya cəmiyyəti daha qurbanlar vermək istəmir - Diplomat

Rusiya müharibəni davam etdirməyə hazırdır, lakin gələn il hərbi xərcləri artırmağı planlaşdırmır. Baxmayaraq ki, əvvəlki illərdə müharibəyə federal xərcləri ÜDM-in 8%-nə çatdıraraq, davamlı olaraq artırdılar.

Axar.az xəbər verir ki, bunu İsveç əsilli amerikalı iqtisadçı və diplomat Anders Aslund deyib.

O bildirib ki, Ukrayna ÜDM-in 50 faizini müharibəyə xərcləyir:

"Bu, açıq şəkildə göstərir ki, Ukrayna üçün bu müharibə öz mövcudluğu uğrunda mübarizədir. Putin üçün müharibənin şəxsi ekzistensial ölçüsü ola bilər, lakin bütövlükdə Rusiya üçün yox. O, artıq hərbi xərcləri əhəmiyyətli dərəcədə artıra bilmir, çünki Rusiya cəmiyyəti bu müharibə üçün böyük qurbanlar verməyə hazır deyil".

Diplomat əlavə edib ki, bu qərarın nəticəsi Rusiyanın uzunmüddətli müharibə rejiminə keçməsidir:

"Əsas diqqət hərbi səylərin genişləndirilməsinə deyil, onların hazırkı səviyyədə saxlanmasına yönəlib".

Eyni zamanda o, Rusiyanın növbəti səfərbərlik dalğası həyata keçirəcəyi fikrinə də şübhə ilə yanaşır.

Tarix
2025.11.17 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Soçidə sərnişin təyyarəsini ildırım vurdu

Rubinyandan Azərbaycanla bağlı açıqlama: Güzəşt...

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla