Yuxarı

Səfirliyimizə zərbənin ardınca Türkiyə gəmisi...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirliyimizə zərbənin ardınca Türkiyə gəmisi...

Nə qədər ki, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirir, Kreml Kiyevlə əməkdaşlıq edən ölkələri də hədəf seçəcək. Rusiyanın Kiyevdə Azərbaycan səfirliyini raket atəşinə tutması, Dövlət Neft Şirkətinin Ukraynadakı yanacaq mərkəzlərinə endirdiyi zərbələr, Odessa limanında sıxılmış qaz daşıyan Türkiyə gəmisini hədəf götürməsi, Avropa dövlətlərinin hava sahəsinə göndərilən dronlar bu “siyasətin” tərkib hissəsidir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Rusiya bu dəfə Polşa dəmir yolunu hədəf seçib. Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq edən Ukrayna vətəndaşları Polşada dəmir yolunu partladaraq Belarusa qaçıblar. Kreml niyə Polşa dəmir yolunu partlatmağa qərar verib? Məsələ burasındadır ki, Ukraynanın dünya ilə əlaqəsi Polşa üzərindən həyata keçirilir, müxtəlif ölkələrin rəsmiləri Polşanın dəmir yolundan istifadə edərək Ukraynaya səfərlər edirlər. Ukrayna Prezidenti Vladimir Zelenski də bu dəmir yolundan istifadə edir. Eyni zamanda Ukraynaya hərbi texnika da Polşa dəmir yolu vasitəsilə çatdırılır. Bu səbəbdən Kremlin Polşa ərazisindəki dəmir yolunu hədəf götürəcəyi gözlənilən idi. Bundan sonra həmin dəmir yolunun təhlükəsizliyinə diqqət daha da artırılmalıdır”, - o bildirib.

Tarix
2025.11.19 / 09:00
Müəllif
Axar.az
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla