Yuxarı

Rusiyalı dənizçilər İran limanında girov saxlanılır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyalı dənizçilər İran limanında girov saxlanılır

İranın Əmirabad limanında lövbər salmış gəmidə çalışan rusiyalı dənizçilər artıq bir neçə aydır sahilə çıxmalarına icazə verilmədiyini və əməkhaqlarının ödənilmədiyini bildirirlər.

Axar.az Bakipost.az-a istinadən xəbər verir ki, ekipaj üzvlərindən birinin Rusiya mediasına verdiyi məlumata görə, dənizçilər altı ay əvvəl İran şirkəti ilə rəsmi müqavilə imzalayıblar.

Sənədə əsasən, ekipaj dörd ay işləməli, beşinci ayda isə sahilə çıxaraq vətənə qayıtmalı idi. Lakin tərəflər işə başlayandan az sonra əmək haqqı ödənişlərində gecikmələr yaranıb.

Gəmi sentyabr ayında plan üzrə İranın Əmirabad limanına daxil olub. Bundan sonra şirkət komandanın sahilə çıxmasına qadağa qoyub.

Dənizçilər bildirirlər ki, gəmidə sağlamlıq problemləri səbəbindən bir vətəndaşın səhhəti pisləşib. Lakin İran şirkətinin rəhbərliyi indiyə qədər heç bir tədbir görməyib.

Ekipaj üzvləri nə maaş ala bilirlər, nə də gəmini tərk etmək imkanı var. Əvvəlcədən deyilmişdi ki, dekabr ayında növbə dəyişikliyi olacaq və onlar sərbəst buraxılacaqlar. Lakin hələlik heç bir irəliləyiş yoxdur.

Tarix
2025.12.05 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla