Yuxarı

Rusiyaya kütləvi PUA hücumu: Neft zavodu vuruldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya kütləvi PUA hücumu: Neft zavodu vuruldu - Video

Ötən gecə Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) Ryazan vilayətinə hücumu nəticəsində partlayışlar baş verib.

Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, yerli sakinlər və Teleqram kanallarının yaydığı məlumatlara görə, Ryazan və ətraf bölgələrdə partlayış səsləri ilə yanaşı yanğınlar müşahidə olunub.

Qubernator Pavel Malkov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində Ryazan regionunda 29 Ukrayna PUA-sı vurulub.

Ukraynanın Ryazan NEZ-ə də zərbə endirdiyi bildirilir. Yanğın və partlayışların zavod ərazisində olduğu qeyd edilir. Yanğının 500-800 metr aralıda çəkilmiş görüntüləri də mövcuddur. Eyni zamanda, yerli sakinlər və media bir neçə PUA-nın yaxınlıqdakı çoxmərtəbəli yaşayış binalarına düşdüyünü deyiblər.

Ryazan NEZ Rusiyanın ən böyük neft emalı zavodlarından biridir. A-92/95/98/100 markalı benzin, dizel, reaktiv yanacaq, sıxılmış qaz və digər neft məhsulları istehsal edən zavod ildə 17,1 milyon ton neft emalı edə bilir. İldə orta hesabla 840 min ton aviasiya kerosini istehsal edən zavod Rusiya Hərbi Hava-Kosmik Qüvvələrinin təchizatında iştirak edir.

Məlumatlara görə, 2025-ci ilin əvvəlindən bu, Ryazan NEZ-ə yönəlmiş ən azı doqquzuncu PUA hücumudur. Bu statistika media analizi, rəsmi açıqlamalar və teleqram kanallarının məlumatlarına əsaslanır.

2025-ci ilin noyabr ayında zavodu PUA hücumları nəticəsində fəaliyyətini dayandırmalı olmuşdu. Zavodun əsas xam neft distillə etmə bloku sıradan çıxmış və istehsal bir müddət tam dayanmışdı. Digərlərindən fərqli olaraq həmin hücumda zavodun təmir və bərpa işləri uzun sürmüş, məhsul istehsalı yalnız qismən və mərhələli şəkildə bərpa olunmuşdu. Son hücum yazan NEZ-in strateji əhəmiyyəti və Rusiyanın yanacaq təchizatına bir daha təsir göstərib.

Tarix
2025.12.06 / 14:39
Müəllif
Axar.az
Digər xəbərlər

"Hasbik" Bakıda – Foto

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla