Yuxarı

ABŞ-dan çağırış: Dərhal döyüşləri dayandırın!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ-dan çağırış: Dərhal döyüşləri dayandırın!

ABŞ administrasiyası Kamboca və Tailand hökumətlərini sərhəd boyunca döyüşləri dərhal dayandırmağa və gərginliyi azaltma tədbirləri görməyə çağırır.

Axar.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubionun bəyanatında deyilir.

"Birləşmiş Ştatlar Kamboca və Tailand arasındakı sərhəd boyunca bir çox yerdə davam edən döyüşlər və itkilərdən narahatdır. Biz hərbi əməliyyatların dərhal dayandırılmasını, mülki şəxslərin qorunmasını və hər iki tərəfi Prezident Donald Tramp və Malayziyanın Baş naziri Ənvər İbrahimin iştirakı ilə Kamboca və Tailand baş nazirləri tərəfindən imzalanan 26 oktyabr tarixli Kuala Lumpur Sülh Sazişində göstərilən gərginliyi azaltma tədbirlərinə qayıtmağa çağırırıq", - deyə Rubio bildirib.

Qeyd edək ki, Tailand və Kamboca arasında yenidən toqquşmalar başlayıb.

Tarix
2025.12.09 / 20:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

Vyetnam prezidentindən Azərbaycanla bağlı gözəl sözlər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla