Yuxarı

Tailand Kamboca ordusunu ərazisindən çıxarır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tailand Kamboca ordusunu ərazisindən çıxarır

08:45

Tailand ordusunun Hərbi Dəniz Qüvvələri Kamboca qoşunlarını ölkə ərazisindən çıxarmaq üçün Trat əyalətində əməliyyata başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nation” qəzeti məlumat yayıb.

Hərbi Dəniz Qüvvələrinin sözçüsü Parat Rattanaçaifan bildirib ki, Tailandın təmkinli addımlarına və dialoq qurmaq üçün davam edən səylərinə baxmayaraq, Kamboca qüvvələri ölkə ərazisindən geri çəkilməyib. Əksinə, onlar bölmələrini xüsusi təyinatlı qüvvələr, snayperlər və çoxsaylı raket sistemləri ilə gücləndiriblər və həmçinin mövqelərini və taktiki qurğularını Tailandın suverenliyinə açıq şəkildə təsir edən şəkildə təkmilləşdiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Kambocanın Tailandın şərq əyalətlərini yaylım atəş sistemlərindən atəşə tutduğu barədə xəbər yayılmışdı.

***

Kamboca qoşunları ilə toqquşmalarda yaralanan Tailand hərbçilərinin sayı 29 nəfərə çatıb.

Bu barədə Tailand Silahlı Qüvvələrinin sözçüsü Surasan Xonqsiri məlumat verib.

"Silahlı toqquşmalar zamanı bir Tailand əsgəri həlak olub, 29-u yaralanıb", - o bildirib.

Tarix
2025.12.09 / 09:18
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla