Yuxarı

Tramp sülh sazişini yenilədi: Ukrayna üçün ağrılı bənd

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp sülh sazişini yenilədi: Ukrayna üçün ağrılı bənd

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukrayna ilə bağlı yenilənmiş sülh planını açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, plan 4 sənəddən ibarətdir:

- Ukrayna, Rusiya, ABŞ və AB arasında saziş (20 bənd)

- Ukrayna üçün çərçivə təhlükəsizlik təminatları (3 bənd)

- ABŞ-ın NATO qarşısında öhdəliyi (4 bənd)

- Rusiya və ABŞ arasında saziş (12 bənd).

Planın əsas müddəaları:

- Bütün imza atanlar Rusiyanın Krım, Luqansk və Donetsk vilayətləri üzərində nəzarətini tanıyırlar.

- Bu ərazilərin statusu yalnız diplomatik yolla dəyişdirilə bilər, güc yolu ilə deyil.

- Donetsk vilayətinin 30 faizi bufer zona olacaq. Həm Rusiya Silahlı Qüvvələri, həm də Ukrayna Silahlı Qüvvələri buffer zonanın sərhədlərindən kənarda yerləşəcək.

- Zaporojye və Xerson vilayətləri mövcud cəbhə xətti ilə saxlanılır.

- Rusiya yuxarıda qeyd olunan beş bölgə istisna olmaqla, işğal olunmuş digər ərazilərdən geri çəkilir.

- ABŞ tərəfindən idarə olunan Zaporojye AES-in yenidən işə salınması təklif olunur və Ukrayna elektrik enerjisinin 50%-ni alır.

- Ukraynanın NATO-ya qoşulmaması tələbi yoxdur, amma ABŞ NATO-nun genişlənməyəcəyinə zəmanət verir.

- Ukraynanın yalnız 800 min nəfərlik ordu saxlamasına icazə verilir.

- NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri təmin edilir.

- Ukraynada seçkilər sülh sazişi imzalandıqdan 100 gün sonra deyil, tezliklə keçirilməlidir.

Tarix
2025.12.11 / 15:39
Müəllif
Axar.az
Digər xəbərlər

Saralın istefasının dərhal ardından bunu yazdı...

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla