Yuxarı

Tramp Çin və Rusiyaya bunu təklif edir - Yeni strategiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Çin və Rusiyaya bunu təklif edir - Yeni strategiya

Prezident Donald Tramp ABŞ-ın Çini cilovlamağa yönəlmiş illərlə formalaşmış siyasətinə zidd addımlar atır və qarşıdurma strategiyası əvəzinə təsir dairələrinin bölüşdürülməsi strategiyasını seçir.

Axar.az xəbər verir ki, bunu “Axios” nəşri yazıb.

Nəşr qeyd edir ki, son vaxtlar Tramp Vaşinqtondakı ən böyük Çin tərəfdarı kimi qəbul edilir:

“Bu kontekstdə onun ötən il baş vermiş genişmiqyaslı kiberhücumlara cavab olaraq Çinə qarşı sanksiya tətbiqindən imtina etməsi, həmçinin “Nvidia H200” çiplərinin Çinə ixracına qoyulan qadağanı ləğv etməsini xatırlatmaq olar.

Oxşar dəyişiklik Trampın Rusiya ilə bağlı strategiyasında da müşahidə olunur: konfrontasiyadan kompromislərə keçid və Rusiyanın Ukraynadakı hərbi qazanclarını qəbul etməyə hazırlıq”.

Trampın komandasının Ukraynanı Donbasın tam şəkildə aqressora verilməsinə sövq etdiyi, bununla Vaşinqton və Moskva arasında “strateji sabitliyin” yeni dövrünün başlanmasına çalışdığı qeyd olunur:

“Bunun fonunda Tramp Rusiyanın G7-yə qaytarılmasını müdafiə edir, halbuki Rusiya bu formatdan 2014-cü ildə Krıma müdaxiləyə görə çıxarılmışdı. Ağ Evin dərc etdiyi yeni ABŞ Milli Təhlükəsizlik Strategiyası da Avropaya nisbətən Rusiyaya daha dost yanaşma sərgiləyir”.

Tarix
2025.12.13 / 09:27
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Ankaranın Bakıya qarşı hücuma susması razılıq əlamətidir?

Rəsmi Bakı Anım Günü ilə bağlı bəyanat yaydı

Bayramov ABŞ-da 37 görüş keçirdi, 17 sənəd imzaladı

İlham Əliyevin Anım Günü ilə bağlı paylaşımı

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla