Yuxarı

Putin mənə “sözümü tutacağam” dedi... - Ərdoğan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin mənə “sözümü tutacağam” dedi... - Ərdoğan

Cənab Putinlə (Rusiya prezidenti – red.) çox məhsuldar, hərtərəfli və dərin məzmunlu görüşümüz oldu. Mən konkret olaraq bildirdim ki, onu istənilən vaxt gözləyirəm. Biz də mümkün qədər tez görüşmək zərurətini müzakirə etdik. O, "Mən sözümü tutacağam" dedi. Ümid edirəm ki, bu səfər tezliklə baş tutacaq.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

“Rusiya ilə Türkiyə arasında münasibətlər birgünlük maraqlara dayanmır. Əlaqələrimiz köklü tarixə, möhkəm diplomatik təmələ və qarşılıqlı etimada əsaslanır. Biz əsasən müharibə və sülh səylərini müzakirə etdik. Türkiyənin bu məsələdə hansı mövqedə dayandığını bütün aktorlar kimi, cənab Putin də çox yaxşı bilir. Biz hesab edirik ki, müharibə (Rusiya-Ukrayna müharibəsi – red.) çoxdan bitməli idi və bunu həmişə açıq şəkildə demişik”, - Ərdoğan əlavə edib.

Qeyd edək ki, ötən gün Türkmənistanda iki ölkə lideri arasında görüş olub.

Tarix
2025.12.13 / 15:00
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla