Yuxarı

Krım ruslar üçün tamamən yararsız hala düşəcək - Ekspert

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Krım ruslar üçün tamamən yararsız hala düşəcək - Ekspert

2026-cı ildə Ukrayna Rusiyada və müvəqqəti işğal olunmuş ərazilərdəki hədəflərə zərbələrin sayını əhəmiyyətli dərəcədə dəyişə bilər.

Axar.az xəbər verir ki, bunu ukraynalı analitik və aviasiya üzrə ekspert Konstantin Krivolap deyib.

"Bizim raket proqramımızın həyata keçirilməsinə mane olan yoxdur. Ona görə də mən "Fire Point"in bütün məhsullarını, "Neptun"larımızı, "Sapsan"larımızı səbirsizliklə gözləyirəm. Artıq "Sapsan"larla bağlı ən azı 10 hadisə baş verib.

Bunun ballistik ola biləcəyinə dair fikirlər var idi, amma ukraynalılar ballistikanı haradan əldə edəcəklər?

Ruslar susur və bunu etiraf etmək istəmirlər. Bizimkilər də demirlər ki, ruslar onlara nə ilə zərbə endirildiyini bilməsinlər", - ekspert qeyd edib.

O əlavə edib ki, Ukrayna hazırda Rusiyanın S-400 sistemləri üzərində fəal işləyir.

Ekspertin sözlərinə görə, Rusiya təxminən 150 belə sistem istehsal edib, onların bəziləri ixrac edilib:

"Rusiyada 100-ə yaxın kompleks qalıb. Ukrayna artıq bu sistemlərdən təxminən 40-50-ni məhv edib. Üstəlik, bu komplekslərin əksəriyyəti Krımda məhv edilib. Gözləyirəm ki, yeni ildən Krıma ciddi raket hücumları başlayacaq və Krım Rusiya hərbçilərinin yaşayışı üçün tamamilə yararsız hala düşəcək".

Tarix
2025.12.15 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla