Yuxarı

Ukrayna Rusiyanın 400 milyonluq sualtı gəmisini partlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna Rusiyanın 400 milyonluq sualtı gəmisini partlatdı

Ukrayna Təhlükəsizlik Xidməti (SBU) növbəti unikal xüsusi əməliyyat həyata keçirərək “Novorossiysk” limanında Rusiya donanmasına məxsus “Varşavyanka” sinifli sualtı gəmini partladıb.

Axar.az xəbər verir ki, bu əməliyyatı SBU-nun Hərbi Əks-kəşfiyyatının 13-cü Baş İdarəsi ilə Ukrayna Hərbi-Dəniz Qüvvələri birgə təşkil edib.

Məlumata görə, partlayış nəticəsində sualtı qayıq kritik zədələr alıb və faktiki olaraq sıradan çıxarılıb. Sualtı gəminin göyərtəsində rusların Ukrayna ərazisinə zərbələr endirmək üçün istifadə etdiyi “Kalibr” qanadlı raketləri üçün dörd buraxılış qurğusu var idi.

Bildirilib ki, “Varşavyanka” sinifli bir sualtı gəminin dəyəri təxminən 400 milyon ABŞ dollarıdır.

Tarix
2025.12.15 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla